İnstitutun Daş dövrü arxeologiyası şöbəsinin rəhbəri, tarix elmləri doktoru, professor Əsədulla Cəfərov 19 may 2025-ci il tarixində 607 nömrəli iş otağında Rəssamlıq Akademiyası tələbələrinə “Qarabağın paleolit düşərgələri” adlı ustad mühazirə oxumuşdur. O, 1960-cı ildən bu günə qədər Qarabağın dünya şöhrətli Azıx, Tağlar və Şuşa düşərgələrində aparılan arxeoloji kəşfiyyat və qazıntı işləri haqqında geniş məlumat vermişdir.

Professor Əsədulla Cəfərov qeyd etmişdir ki, 1960-cı ilin iyulunda görkəmli arxeoloq Məmmədəli Hüseynovun rəhbərliyi altında Qarabağın Quruçay və Köndələnçay ərazilərində aparılan arxeoloji kəşfiyyat işləri zamanı Azıx və Tağlar düşərgələri qeydə alınmışdır. Azıxda 1960-1986-cı illərdə aparılan kompleks arxeoloji qazıntılar zamanı düşərgənin 14 metrlik qalınlığa malik olan çöküntüsündə 10 arxeoloji təbəqə qeydə alınaraq tədqiq olunmuşdur. Azıxda aparılan arxeoloji qazıntılar zamanı 7 mindən artıq daş məmulatı və bir milyona yaxın ovlanmış heyvan və quş sümükləri tapılmışdır. Azıxda aparılan qazıntılar nəticəsində quruçaymədəniyyəti, qədim aşel, orta aşel, son aşelmustye mədəniyyətlərinə aid zəngin maddi mədəniyyət qalıqları tapılaraq alimlər tərəfindən tədqiq olunmuşdur.

Sevindirici haldır ki, Azıxda aparılmış kompleks tədqiqatların nəticəsində 8 müəllifin və Əsədulla Cəfərovun həmmüəllifliyi ilə yazılmış monoqrafiya ingilis dilinə tərcümə olunmuş və2025-ci il martın 11-13-ündə Londonda Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Azərbaycan Respublikasının İngiltərədəki Səfirliyinin dəstəyi və İnstitutun iştirakı ilə monoqrafiyanın təqdimat mərasimi keçirilmişdir. qdimat mərasimində iştirak edən dünyanın 60 ölkəsindən 2000-dən artıq diplomat, tarixçilər, arxeoloqlar, jurnalistlər və Azərbaycan Diasporasının üzvləri monoqrafiya haqqında Əsədulla Cəfərovun çıxışını diqqətlə dinləmiş və təqdimatı yüksək qiymətləndirmişlər.

Qarabağın Tağlar paleolit düşərgəsində aparılan arxeoloji qazıntılar zamanı düşərgənin 8,7 metr çöküntülərində 6 mədəni təbəqə qeydə alınaraq tədqiq olunmuşdur. Tağlarda aparılan qazıntılar zamanı 9000-dən artıq daş məmulatı və 1milyondan artıq ovlanmış heyvan və quş sümükləri tapılmışdır. Tağlar düşərgəsi özünün maddi mədəniyyət qalıqları, stratiqrafiyası və digər xüsusiyyətlərinə görə Yaxın Şərq ərazisində mustyedəniyyətinə aid ən zəngin düşərgə hesab olunur. Tədqiqatlar zamanı Tağlardan tapılmış əmək alətlərinin Yaxın Şərq ölkələrinin paleolit düşərgəsi ərazilərində yayılması müəyyən edilmişdir.

Professor Əsədulla Cəfərov 2001-2005-ci illərdə Beynəlxalq İNTAS-2000 proqramı əsasında 7 Avropa ölkələrinin alimləri ilə apardığı birgə elmi tədqiqatlar əsasında əldə edilmiş nailiyyətlər haqqında tələbələrə geniş məlumat vermişdir. Beynəlxalq tədqiqatlar zamanı Avropa alimlərinin 25 nəfəri 2002-ci il sentyabrın 7-n oktyabrın 31-nə qədər Bakıya gələrək, professor ƏsədullaCəfərovla birlikdə Qarabağın Azıx, Tağlar, Şuşa, Qazaxın Daşsalahlı, Damcılı, Naxçıvanın Qazma, Lerikin Buzeyir mağaralarının maddi mədəniyyət qalıqlarının elmi tədqiqi ilə məşğul olmuşlar.

Professor Əsədulla Cəfərov tələbələrə Qarabağın arxeologiyasını, tarixini, memarlıq abidələrini, etnoqrafiyasını, folklorunu saxtalaşdırmağaçalışan bəzi üzdəniraq erməni dırnaqarası tədqiqatçılarının cəfəng fikirləri haqqında da geniş məlumat vermişdir.

Qarabağın Azıx, Tağlar və Şuşa düşərgələrindəntapılmış maddi mədəniyyət qalıqları əsasında ibtidai insanların əmək alətləri hazırlanmasınıntexniki-tipoloji xüsusiyyətləri, ovçuluq təsərrüfatı, heyvanat aləmi, florası və digər cəhətləri tədqiq olunur.

Qarabağ bəşər sivilizasiyasının xüsusiyyətlərini öyrənmək üçün zəngin maddi mədəniyyət qalıqlarına malikdir. Bu zənginliyi tədqiq etmək, təbliğ etmək bizim hamımızın müqəddəs borcu olmalıdır.

Mühazirənin sonunda tələbələr professor Əsədulla Cəfərova suallar ünvanlamış və onlara ətraflı cavablar verilmişdir. Ustad mühazirəyə görə qrupun rəhbəri və tələbələr professor Əsədulla Cəfərova təşəkkür etmişlər.