Simpozium Komitəsi “Tarixi Yerlər və Abidələr” V Beynəlxalq Bakı – Bayırşəhər Simpoziumuna məqalə və poster təqdimatları üçün müraciətlərin qəbulunu elan edir. Simpozium aşağıdakı tematik istiqamətlər üzrə məqalə və təqdimatların qəbulunu nəzərdə tutur:

Azərbaycan arxeologiyası müstəqillik illərində

Post-müharibə dövründə Qarabağda mədəni irsin qorunması və problemləri

Maddi mədəniyyət: regional və qlobal əlaqələr, müqayisəli yanaşmalar

Arxeologiya və ətraf mühit

Azərbaycanın tarixi yerləri və mədəni irs abidələri

Abidələrin mühafizəsi və bərpası problemləri

Ümumdünya irsi: tanınma, qorunma və təqdimat

Mədəni irsin ictimaiyyətə təqdim olunması və maarifləndirilməsi

İslam dövrü arxeologiyası

Memarlıq abidələrində arxeoloji tədqiqatlar

Bakı şəhərinin Bayırşəhər arxeologiyası

Arxeoloq Vəli Əliyevin elmi irsi

Yerli həyat tərzlərinin mədəni irsə təsiri

Yazılı mənbələrdə tarix-mədəniyyət abidələri

Arxeoloji turizm

Təqdimat növləri:

Əyani iştirak: Məruzəçilər təqdimatlarını simpoziumun keçiriləcəyi tarixi Zərgərpalan Hamamında canlı olaraq təqdim edəcəklər.

Əvvəlcədən yazılmış təqdimat: 15 dəqiqəlik səsləndirilmiş slayd təqdimatı “YouTube” üzərindən yayımlanacaq. Bu təqdimatlar ZOOM üzərindən keçiriləcək canlı sessiyalarda müzakirə olunacaq.

Qeyd: Bütün təqdimatlarda, əgər mətn ingilis dilində deyilsə, ya ingilis dilində slaydlar, ya da altyazılar əlavə olunmalıdır.

Poster təqdimatı:

Məruzə təqdim etmək istəməyən iştirakçılar poster təqdimatı ilə simpoziumda iştirak edə bilərlər. Posterlər Miras MİÖK İB-nin rəsmi “Instagram” səhifəsində yerləşdiriləcək. Tələblər aşağıdakılardır:

Maksimum 10 vizual (şəkil, sxem, xəritə və s.)

Mətn uzunluğu maksimum 2200 işarə

30-a qədər həştəq (Simpoziumla əlaqəli və izahlı)

Təqdimatların göndərilməsi və müraciət forması:

Təqdimatlar (məqalə və ya poster) üçün müraciətlər başlıq və 150 sözə qədər xülasə ilə birlikdə 30 iyun 2025-ci il tarixinədək miraspresscenter@gmail.com ünvanına göndərilməlidir.

Əlavə olaraq aşağıdakı məlumatlar təqdim edilməlidir:

Ad və soyad

Elmi dərəcə və iş yeri

Tələbələr üçün təhsil səviyyəsi

İştirak forması (Əyani, Onlayn və ya Poster)

3–5 açar söz

Başqa mövzuda sessiya təklif edən iştirakçılar əlavə olaraq sessiyanın başlığı, xülasəsi və məruzəçi siyahısını da təqdim etməlidirlər.

Əlaqə:

Dr. Fariz Xəlilli

+994 50 876 40 43

miraspresscenter@gmail.com

Simpoziumun Elmi Komitəsi:

AMEA-nın müxbir üzvü Cəfər Qiyasi

Prof. Dr. Qafar Cəbiyev

Prof. Dr. Hidayət Cəfərov

Prof. Dr. Kübra Əliyeva

Prof. Dr. Şikar Qasımov

Prof. Dr. Nərgiz Əliyeva

Prof.Dr. Vəfa Mahmudova

Dos. Dr. Fərhad Quliyev

Dos. Dr. Rizvan Bayramov

Dos.Dr. Səfər Aşurov

Dos.Dr. Bəhlul İbrahimli

Dos. Dr. Həbibə Əliyeva

Dos. Dr. Ellada Bəkirova

Dr. Fariz Xəlilli

Dr. Günel Seyidəhmədli

Dr. Elmira Abasova

Dr. Şəhla Xəlilli

Dr. Elmira Abbasova

Dr. Aida İsmayılova

Gürcüstan:

Elnur Əliyev

Türkiyə:

Prof. Dr. Recep Karadağ

Prof. Dr. Metin Hakverdioğlu

Dr. Afina Barmanbay

Dr. Ahmet Aytaç

İtaliya:

Prof. Dr. Luigi Scrinzi

Dr. Andrea Macchia

Şimali Makedoniya:

Prof. Dr. Rubin Zemon

Özbəkistan

Prof.Dr. Cəlaləddin Mirzəyev

Qazaxıstan

Məulen Sadıkbek

Şimali Kipr Türk Respublikası

Prof.Dr. Orhan Gemikonaklı

Simpozium Təşkilat Komitəsi:

Sədr:

Dr. Fariz Xəlilli

Üzvlər:

Ceyhun İzmayılov

Əli Əliyev

Əfqan Quliyev

Şölə Bayramova

Vüqar Quliyev

Gülşən Hüseynova

Məleykə Hüseynova

Aidə Məlikova

Çinarə Xəlilzadə

Ceyhun Xələfov

Qafqaz Qəhrəmanlı