Bu gün Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun rəhbəri, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın doğum günüdür. Xeyirxahlığı və insanpərvərliyi özündə təcəssüm etdirən Azərbaycanın Birinci Xanımı milli və bəşəri dəyərlərə söykənən müdrikliyi, yüksək təşkilatçılıq və idarəetmə bacarığı ilə həm cəmiyyətimizdə və həm də dünya çapında tanınıb. Onun şəhid ailələrinə və Qarabağ qazilərinə, maddi və mənəvi dəstəyə ehtiyacı olan insanlara göstərdiyi diqqət və qayğı gənclərimiz üçün örnəkdir.
Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Antropologiya İnstitutunun kollektivi adından Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanımı təbrik edir, ona şərəfli və məsuliyyətli işində uğurlar arzu edirik!