Yanvarın 23-dəTürkiyənin İstanbul Aydın Universitetinin dekan müavini və Sosiologiya kafedrasının dosenti Dr. (Doçent Doktor) Gökçen Çatlı AMEA Arxeologiya və Antropologiya İnstitutunun Elmi fond və ekspozisiya şöbəsinin Muzey-sərgi zalının qonağı olub.

Elmi fond və ekspozisiya şöbəsinin müdiri v.i.e. Orxan Zamanov qonağı salamlayaraq, onu yenidən Bakıda görməsinə şad olduğunu bildirib. O. Zamanov qonağı muzeylə tanış edərək, burada sərgilənən respublika ərazisində tapılmış nadir eksponatlar haqqında ətraflı məlumat verib. Dr.  (Doçent Doktor) G.Çatlı muzeyin yeni təmir olunmuş zalına da baxış keçirib. Hər zaman Bakıda olduğu zaman özünü vətənindəki kimi hiss etdiyini vurğulayan dos., Dr. (Doçent Doktor) G.Çatlı muzeylə tanışlıqdan məmnunluğunu bildirdi.  Görüş zamanı Azərbaycan və Türkiyə alimlərinin yeni əməkdaşlıq istiqamətləri  barəsində də geniş müzakirələr aparılıb.

Səmimi keçən görüşün sonunda xatirə fotoları çəkilib.